ABŞ Ukraynaya ölkənin elektrik şəbəkəsinin bərpası üçün lazım olan 225 milyon dollarlıq yeni yardım paketi verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransada səfərdə olan ABŞ prezidenti Co Bayden bildirib.

Onun sözlərinə görə, bu vəsait ölkənin elektrik şəbəkəsini bərpa etmək üçün lazımdır.

Bayden, həmçinin Konqresdə təsdiqlənməsi bir neçə ay uzanan geniş miqyaslı yardım paketinin gecikməsinə görə Zelenskidən üzr istəyib.

 

Gözəl Həşimova