"Birləşmiş Ştatlar bütün dünyadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə azad və suveren Ukraynanı dəstəkləməyə davam edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

Ukraynanı Müdafiə Qrupunun görüşündə iştirak edən Austin qeyd edib: "Bu, 15-ci görüşümüzdür və burada təmsil olunan təxminən 50 ölkənin Ukraynanın özünü müdafiəsinə kömək etmək əzmi məni həmişə heyrətləndirir".

Ostin Ukraynanın müdafiə nazirinin də ilk dəfə görüşdə iştirak etdiyini və sentyabrın 21-də Pentaqonda Ukrayna prezidenti Volodimir Zelenskini qəbul etməyi səbirsizliklə gözlədiyini bildirib.

Ostin qeyd edib ki, yardımların səmərəli istifadəsini və effektivliyini təmin etmək üçün Ukrayna ilə sıx əməkdaşlıqda işləməyə davam edəcəklər.

Ukraynaya edilən hərbi texnika yardımına toxunan Ostin, mövcud hava hücumundan müdafiə imkanlarının Ukraynadakı mülki insanları qoruduğuna diqqət çəkib.