ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Suriyanın şimal-şərqində yerləşən neft yataqlarından savayı, bu ölkənin digər qara qızıl yataqlarını da nəzarətə götürə bilər.

Bu sözləri D.Tpamp “Fox News”a açıqlamasında söyləyib.

Tramp qeyd edib ki, Türkiyənin keçirdiyi “Barış pınarı” əməliyyatları ilə əlaqədar ABŞ hərbi qulluqçularının bir sıra əraziləri tərk etməsinə rəğmən, neft yataqları üzərində nəzarətin saxlanılması onun əməyinin nəticəsidir.

“Orada ordunu saxlamağım neft yataqlarını nəzarətə götürmək üçün edilib”, - ABŞ dövlət başçısı qeyd edib.

“Niyə Birləşmiş Ştatlar bu təbii ehtiyatları mənimsəməsin?” sualına cavab verən Donald Tramp gələcəkdə məhz belə davranacaqlarını istisna etməyib.