ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqin mandatının daha bir il uzadılması qərarını alqışladıqlarını açıqlayıb. Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu qərarı "əla xəbər" kimi qiymətləndirib.

İqtisadiyyat.az xəbər verir ki, NATO alyansa üzv müttəfiq ölkələrin Stoltenberqin mandatının 2024-cü il oktyabrın 1-dək uzadılmasına razılaşdığını və qərarın Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində üzv dövlətlərin liderləri tərəfindən təsdiqlənəcəyini açıqlayıb.

"Biz Alyansın Yens Stoltenberqin NATO-nun baş katibi kimi mandatının uzadılması ilə bağlı qərarını alqışlayırıq. Tarixin bu kritik anında NATO-nu gücləndirmək üçün qarşıda bizi mühüm iş gözləyir", - Blinken deyib.

Stoltenberq, səlahiyyət müddətinin uzadılması ilə bağlı verdiyi açıqlamada, qərarın onun üçün şərəf olduğunu açıqlayıb.