BMT qüvvələrinin komandanlığı Şimali Koreyaya qaçan Amerika ordusunun əsgəri Trevis Kinqin geri qaytarılması ilə bağlı KXDR ilə danışıqlara başlayıb. 

İqtisadiyyat.az bu barədə Reuters-ə istinadən xəbər verir.

General-leytenant Endryu Harrison deyib ki, əsas prioritet defektorun şəxsi təhlükəsizliyidir. Danışıqlar Koreya müharibəsindən sonra atəşkəs çərçivəsində yaradılmış mexanizm vasitəsilə aparılır.

Xatırladaq ki, bundan əvvəl amerikalı əsgər Trevis Kinqin Cənubi Koreya ilə Şimali Koreya sərhədini qanunsuz keçdiyi məlum olub. Həmin şəxsin turizm məqsədi ilə demilitarizasiya zonasında olduğu bildirilib.