ABŞ iğtişaşlar fonunda öz səfirliyinin əməkdaşlarını Haitidən təxliyə etmək qərarına gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Birləşmiş Ştatlar həmçinin ölkədə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Haitiyə dəniz piyadalarından ibarət elit qrup göndərmək niyyətindədir.

Martın 9-da Haitinin paytaxtı Port-o-Prinsdə yerli dəstələr prezident sarayına hücum ediblər. Cinayətkar qruplar Daxili İşlər Nazirliyinin və polis idarəsinin binasına da basqın ediblər.