"Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin artması və bölgədəki qoşunlarına hücumlar səbəbindən Amerika qüvvələrini Suriyadan çıxarmağı düşünmür". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin mətbuat konfransında bildirib.

"Son bir neçə həftədə baş verənlər bizi qoşunların Suriyadan çıxarılması məsələsini nəzərdən keçirməyə vadar etmir", - Ostin qeyd edib.