"Hazırkı Amerika administrasiyası hesab edir ki, hazırda ABŞ və Rusiya arasında Arktikada əməkdaşlıq praktiki olaraq mümkün deyil". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika prezidenti Co Bayden tərəfindən ABŞ-nin Arktika məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyi irəli sürülən Maykl Sfraqa bildirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində onun namizədliyi ilə bağlı dinləmələr üçün hazırlanmış açılış bəyanatının mətnində deyilir: "Arktika əsaslı dəyişikliklərə məruz qalır və getdikcə mürəkkəbləşən geosiyasi vəziyyət nümayiş etdirir". 

Sfraqanın sözlərinə görə, Ukraynadakı xüsusi hərbi əməliyyatına görə Rusiya ilə əməkdaşlıq Arktika da daxil olmaqla, faktiki olaraq qeyri-mümkün olub.

Eyni zamanda diplomat Çini də tənqid edib: "ÇXR qaydalara əsaslanan qlobal sistemi yenidən formalaşdırmağa və onu öz xeyrinə dəyişməyə çalışır, Arktikada mövcudluğunun və təsirinin səviyyəsini artırmaq və onu irəli aparmaq üçün Moskva ilə getdikcə daha çox işləyir".