ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisi Con Kerri çinli həmkarı Xie Zhenhua ilə iyulun 16-19-da Pekində keçiriləcək ikitərəfli danışıqlarda iştirak edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlarda metan emissiyalarının azaldılması, kömürdən istifadənin məhdudlaşdırılması, meşələrin qırılması ilə mübarizə və yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə köməklik kimi məsələlər müzakirə olunacaq.

Dövlət katibi Antoni Blinken və maliyyə naziri Janet Yellendən sonra Con Kerri bu il iki ölkə arasında sabit münasibətləri bərpa etmək üçün Çinə səfər edən üçüncü ABŞ rəsmisidir.

Cümə axşamı Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt Komitəsinin dinləmələrində Kerri deyib: "Bizim indi nail olmağa çalışdığımız şey münasibətlərdə müəyyən sabitlik yaratmaqdır".