ABŞ-nin Kaliforniya ştatının cənubundakı San Dieqo körfəzində orduya məxsus helikopteri təlim zamanı qəzaya uğrayıb.

İqtisasdiyyat.az xarici mediaya istinadən xəbər verir ki, "Sikorsky SH-60 Seahawk" tipli hərbi helikopter yerli vaxtla təqribən saat 18:40-da San Dieqo körfəzində adi təlim zamanı qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə altı ekipaj üzvünün olduğu və onların hər birinin xilas edildiyi bildirilib.

Xəsarət alan ekipaj üzvləri hərbi sağlamlıq mərkəzinə yerləşdirilib. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.