Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dolları ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ötən il ABŞ-nin dövlət borcu 2022-ci illə müqayisədə 4 trilyon dollardan çox artıb.

Xatırladaq ki, ötən ilin yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub.

ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşıblar, lakin büdcədə əhəmiyyətli ixtisarlar aparılıb.

 

Gözəl Həşimova