"ABŞ Hindistanı “dostluq” siyasətinin bir hissəsi kimi “vacib tərəfdaş” kimi görür".

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Janet Yellen deyib.

Indianexpress-in xəbərinə görə, keçən həftə Çinə səfərindən sonra yolunu Hindistana çevirən Yellen G20 Xəzinə-Maliyyə Nazirləri toplantısında iştirak etmək üçün Qucarat əyalətinə gedib. Görüşdən əvvəl mətbuata açıqlamalar verən Yellen, ABŞ-nin Hindistanı “vacib tərəfdaş” hesab etdiyini bildirib.