ABŞ administrasiyası Macarıstanın Ukrayna ilə bağlı mövqeyindən məyusdur və bunu qeyri-konstruktiv hesab edir. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün onlayn brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.

"Biz Macarıstanın Baş naziri Viktor Orbanın ukraynalılara onlarla eyni azadlığa nail olmaqda kömək edib-etməyəcəyini soruşmasından məyus olduq. Hesab edirəm ki, bu məsələ həqiqətən də Avropanın özü tərəfindən həll edilməlidir. Bununla belə, biz Macarıstanı konstruktiv tərəfdaş kimi görmək istərdik", - O'Brayen qeyd edib.

Bundan əlavə, o bildirib ki, Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO-ya daxil olması prosesini başa çatdırmağa yönəlmiş ilkin addımlar gözləyir: "Macarıstan bizə həmişə deyirdi ki, o, İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə olmayacaq. Və biz hələ də gözləyirik ki, belə olacaq. Görək Macarıstan vədinə əməl edəcəkmi?", diplomat vurğulayıb.