ABŞ administrasiyası İraq və Suriyada yerləşən İran hədəflərinə və hərbi personalına zərbələr endirmək planlarını təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu məlumatı Amerika rəsmiləri "CBS News"a veriblər.

Qeyd edilib ki, zərbələr ABŞ-nin bölgədəki bazalarına hücumlara cavab olaraq həyata keçiriləcək. 

Rəsmilər əlavə edib ki, tədbirlər zamanı hava şəraiti nəzərə alınacaq. Qeyd edilir ki, ABŞ pis hava şəraitində hücumlar həyata keçirə bilər, lakin mülki əhali arasında itkilərin qarşısını almaq üçün daha yaxşı görmə qabiliyyətinə ehtiyacı var.

Yanvarın 29-da ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ administrasiyasının bölgədəki qoşunlarına və maraqlarına qarşı hücumlara reaksiyası bir neçə mərhələni əhatə edə, çoxsəviyyəli və uzunmüddətli ola bilər.