Birləşmiş Ştatlar İranı "Sent Nicholas" neft tankerini və onun ekipajını dərhal azad etməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

"İran hökuməti gəmini və heyətini dərhal azad etməlidir. Gəminin bu şəkildə saxlanması qeyri-qanunidir. İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmaq məqsədi daşıyır", - diplomat qeyd edib.