Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (22-26 iyul) yekunlarına görə, ABŞ-da neft ehtiyatları yenidən azalıb.

Apa-nın API-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 6,02 mln. barel azalaraq 443,02 mln. barel təşkil edib.

Məlumata əsasən, bir həftə öncə API-nin proqnozlarına görə, ABŞ-ın neft ehtiyatları 10,96 mln. barel azalmalı idi.

Xatırladaq ki, proqnozlara görə, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı rekord həddə – 12,36 mln. barelə çatacaq. Ötən il bu göstərici öz maksimumuna çataraq 10,96 mln. barel təşkil edib.