İrandan neft idxal edən ölkələrə ABŞ-ın güzəşt müddəti 2 may etibarilə bitdi. Ekspertlərin fikrincə Türkiyə rus neftinə daha çox üz tuta bilər. Bəzi ekspertlər isə Türkiyənin Çin və Hindistan kimi embarqo qərarına önəm verməyəcəyini bildiriblər.

Türkiyə ABŞ-ın İrana qarşı qoyduğu bu sanksiyadan ən çox təsirə məruz qalan ölkələrin önündə gedir. Sözügedən sanksiya qərarı çıxana qədər İran, Türkiyənin 2-ci ən böyük neft tədarükçüsü idi.

Neft qiymətləri onsuz da artır

BBC türkcədə yer alan xəbərə görə, iqtisadçı Ergin Ulduzoğlu Türkiyənin qiymət baxımından İran neftinə alternativ tapmağının çətin olacağını bildirib. Ulduzoğlu, “Güzəştlərin aradan qalxması onsuz da qiymətlərin baha olduğu bir vaxtda gəlib. Dərin bir iqtisadi böhran içərisində, inflyasiya, sürətlə artan ərzaq qiymətləri, geriləyən ixracat gəlirləri durumunda, Türkiyə rəhbərliyi bütün bu mənfi dinamikləri gücləndirəcək inkişaf ilə qarşı-qarşıyadır. Ölkənin siyasi arenasındakı sərt qütbləşmə də nəzərə alınsa Ankaranın əlində hansı seçimlər var? sualına yetərli cavab vermək çətindir” deyib.

Gündə 144 min barel

Türkiyənin S-400 raketlərini satın alacağı bir dönəmdə qadağa almasının da ortaya çıxmasının çətin olacağını deyən Ulduzoğlu, “Bir NATO ölkəsi olaraq Türkiyənin ABŞ-la əlaqələrinin getdikcə pozulması, Rusiya ilə yaxınlaşmasına görə, Rusiyanın əli Türkiyə qarşısında getdikcə güclənir. Güzəştlərin qalxması, neft qiymətlərindəki artım, İrana alternativ yeni enerji qaynağı tapmağın çətin olması, iqtisadiyyatının zəif cəhətləri, Ankaranın Moskva qarşısında əlini daha da zəiflədir” ifadə edib. Oksford Enerji İşləri İnstitutuna görə, Türkiyə hazırda İrandan bir günə 144 min barel neft idxal edir.

“Rus neftinin dəniz vasitəsilə gətirilməsi çox pul tələb edir”

Ulduzoğlu, Türkiyənin rus neftinə üz tutacağını, lakin idxalat xərclərinin çox olması səbəbindən geri dönəcəyini söyləyib. ABŞ-ın Türkiyəyə yeni neft qaynağı üçün körfəz ölkələrini işarə etdiyi deyən Ulduzoğlu, Türkiyənin özünə rəqib olaraq gördüyü bu ölkələrdən neft almaq məsələsində qeyd-şərtlərinin olacağını bildirib: “Bu çərçivədə ABŞ rəhbərliyinin Körfəz ölkələrini işarət etməsi Türkiyə baxımdan, bölgədə rəqabət içərisində olduğu ölkələrin qapısını döymək mənasını verir. Ankara hələlik bu məsələdə istkli görünmür”.

“Çin və Hindistanın mövqelərinə baxıla bilər”

Amerikanın Səsi türkcəyə danışan ekspert Hakkı Uyğur isə Türkiyənin qadağaya getməmişdən əvvəl, Çin və Hindistan mövqelərinə baxacağını vurğulayıb. Uyğur, “ABŞ çox qərarlı görünür. Türkiyə, Çin və Hindistanın möveqyini görmək istəyəcək. Əgər onlar eyni şəkildə davam edərsə, Türkiyə də neft alışını davam etdirmək üçün çalışa bilər. Ancaq bu iki ölkə İrandan idxalatı azaltsa, Türkiyə də buna bənzər bir yol seçəcək. Amma ABŞ İranın neft satışını dayandıracağını açıq-aşkar bildirir. Türkiyə də bu qərarı qəbuletməz görünür və mövqeyini qoruyur. İraq ən önəmli orta qaynaqlardan biri olar. Mövlud Çavuşoğlunun İraq səfərində bu məsləni dilə gətirdiyini düşünürəm” deyib.

“Bizi çökdürmək üçün hər yoldan istifadə edirlər”

İran xarici işlər nazirinin köməkçisi Abbas Arakçi isə Ankarada jurnalistlərə verdiyi açıqlamada ABŞ-ın embarqolarını qəbul etmədiklərini söyləyib. Arakçi, “Biz bütün qonşularımız ilə əməkdaşlıq edirik. ABŞ isə istəyir ki, bölgədə qarışıqlıq yaransın. ABŞ İranı çökdürmək üçün hər yola əl atır. İrandan neft alan ölkələri cəzalandırır, ixracatı sıfırlamaq istəyir. Neft bazarında Səudiyyə Ərəbistanı və BƏƏ-ni İranın yerinə qoymaq istəyir. Ancaq İran neft istehsalında başqa ölkələrin onu əvəzləməsinə əsla imkan verməyəcək. İranın səbri tükənir, sıfır ixracatı qəbul etməyimiz mümkün deyil. Yaxın zamanlarda təpki göstərəcəyik. Olacaqların məsuliyyəti İranın üzərində deyil” deyə fikir bildirib.

Mehman Nəbiyev