ABŞ Hərbi Dəniz Qüvvələri Husilərin Yəməndən atdığı 24 raket və pilotsuz təyyarəni vurub.

Bu barədə İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ ordusu üç esmines yerləşdirib. Pentaqon bunu son aylarda Husilərin ən böyük hücumlarından biri adlandırıb. Hücumlar nəticəsində xəsarət alan olmayıb və gəmilərə ziyan dəyməyib.

 

Gözəl Həşimova