"Birləşmiş Ştatlar Yaxın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin Husi üsyançıları tərəfindən yaranan təhlükəyə qarşı beynəlxalq koalisiya qurmaq üçün çalışır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.

"Bu hücumlar təhlükəlidir və beynəlxalq hüququ pozur. Buna görə də biz bu təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmaq üçün addımlar atırıq. Husilərdən gələn təhlükə müvafiq cavaba layiq beynəlxalq problemdir", - Ostin qeyd edib.

Daha əvvəl "The War Zone" portalı Pentaqondakı mənbələrə istinadən xəbər vermişdi ki, Yaxın Şərq turu zamanı Ostin Yəmən üsyançılarının təhdidləri ilə mübarizə aparmaq üçün beynəlxalq "Prosperity Guardian" əməliyyatını elan edəcək.