ABŞ-ın Cənubi Qafqazdakı danışıqlar üzrə xüsusi nümayəndəsi Filipp Riker Ermənistan ictimaiyyətinə videomüraciət ünvanlayıb.

İqtisadiyyat.az  xəbər verir ki, sözügedən müraciət ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən yayılıb.

“ABŞ ən yüksək səviyyədə, dövlət katibi Blinkenin, milli təhlükəsizlik məsələləri üzrə müşavir Sallivanın simasında birbaşa Ermənistan-Azərbaycan danışıqlarına cəlb olunub və bu prosesi dəstəkləyir. Biz Cənubi Qafqazın dinc gələcəyinin təmin olunacağına inanırıq. Davam edən birbaşa dialoq uzunmüddətli sülhə nail olunması üçün vacib rol oynayır. Bunun asan olmadığını anlayırıq, amma Blinkenin Mirzoyan və Bayramovla görüşündə səsləndirdiyi fikirləri təkrar etmək istəyirəm ki, ABŞ sizin sülhə nail olmaq səylərinizi dəstəkləmək üçün hər şeyi etməyə hazırdır”, - Rikerin müraciətində deyilir.

Qeyd edək ki, amerikalı diplomat Ermənistanın paytaxtı İrəvanda rəsmi səfərdə olub. O, bundan əvvəl Bakıda rəsmilərlə görüşlər keçirib.