"Amerika Birləşmiş Ştatları "Noble Partner 2024" hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salınmasından sonra Gürcüstana yardımı da dondurur".  

İqtisadiyyat.az xəbər verir ki, bunu gürcü jurnalistlərə ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.

"ABŞ Gürcüstana yardımı dondurub, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası da dayandırılıb", - deyə Zeya Gürcüstana səfərinin yekunlarına dair açıqlamasında bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinin respublikanın Avro-Atlantik yoluna xələl gətirən antidemokratik hərəkətlərindən narahatdır: "ABŞ Gürcüstan hökumətinin antidemokratik hərəkətlərindən, hakim partiyanın bəzi nümayəndələrinin yaydığı dezinformasiyadan çox narahatdır ki, bu da Gürcüstanın Avro-Atlantik yoluna xələl gətirir".