“Bir neçə nəfərin hərəkəti ABŞ-nin Niger xalqının xeyrinə atılan addımlarını təhdid edir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

O, Nigerdə ​​çevrilişə məruz qalan, hazırda nəzarətdə saxlanılan prezident Məhəmməd Bazoumla danışdığını bildirib: "Bir neçə insanın hərəkətləri ABŞ-nin Niger xalqının xeyrinə yüz milyonlarla dollarlıq yardımı təhdid edir".

Blinken sosial media hesabında qeyd edib: "Biz Niger prezidenti Bazoum və keçmiş prezident Issoufou ilə Bazoumun rəhbərliyinə sarsılmaz dəstəyimizi təkrarladıq".

Fransa xarici işlər naziri Ketrin Kolonna ilə Niger məsələsini müzakirə etdiklərini qeyd edən Blinken, "Ortaq narahatlıqlarımızı və prezident Bazoumun Nigerin demokratik yolla seçilmiş lideri olaraq geri qaytarılmasının vacib və təcili olduğunu müzakirə etdik", - deyə sözlərini bitirib.