Bu ilin yanvar-sentyabr aylarında ABŞ-dən Qazaxıstana turist axını 54% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyi məlumat yayıb.

Bu müddət ərzində ölkəyə 28,1 min amerikalı səfər edib.

Hesabat dövründə ölkəyə ən çox rusiyalı turist (357 min nəfər) gəlib. Bu dövrdə vətəndaşlarının Qazaxıstana ən çox səfər etdiyi ilk 5 ölkəyə Çin (75,1 min), Türkiyə (41,1 min) və Hindistan (34,7 min) daxildir.

 

Gözəl Həşimova