Nümayəndələr Palatasının üzvü Pol Qosar ABŞ-nin keçmiş prezidenti Donald Trampın portretinin əks olunduğu 500 dollarlıq əskinasın yaradılması layihəsini təklif edib.

Bu barədə İqtisadiyyat.az “Fox Business” telekanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, əskinasın dövriyyəyə qaytarılması dolların devalvasiyasına səbəb olan inflyasiya şəraitində xüsusilə vacibdir

Bildilib ki, qanun layihəsi qanunverici orqana göndərib.

Qeyd edək ki, ABŞ-də artıq 500 dollarlıq əskinas buraxılıb və orada Amerikanın 25-ci prezidenti təsvir edilib. Bu əskinas sonuncu dəfə 1945-ci ildə çap edilib və 1969-cu ilə qədər dövriyyədə olub.

 

Gözəl Həşimova