ABŞ Konqresinin keçmiş üzvü Uill Hörd Respublikaçılar Partiyasından 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb.

Bu barədə İqtisadiyyat.az agentliyinə istinadən xəbər verir.

Məlumata görə, U.Hörd Konqresdə biznes tərəfdarı və praqmatik siyasətçi, eləcə də ikipartiyalı konsensus axtarmağa hazır olan biri kimi reputasiya qazanıb.

Bundan əvvəl aktyor və siyasətçi Arnold Şvartsenegger ABŞ prezidentliyinə namizədliyini irəli sürmək arzusunu bildirmişdi.

Hazırkı Prezident Cozef Bayden də 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb. O, bəyan edib ki, hər nəslin demokratiyanı müdafiə etməli olduğu anlar olur. Vitse-prezident Kamala Harris də yenidən Baydenin “ikinci nömrəsi” olmağa hazır olduğunu bildirib. Bayden yenidən seçilərsə, 82 yaşında ABŞ Prezidenti olacaq. İstənilən halda, o, artıq ən yaşlı Amerika lideri olub.