ABŞ-də bu həftə neft qazma qurğularının sayı 1 ədəd azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə feft-mədən xidmətləri şirkəti "Baker Hughes" tərəfindən açıqlanan həftəlik icmalda qeyd edilib. 

Məlumata görə, 22-28 iyul həftəsində ölkədə neft qazma qurğularının sayı əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 529-a çatıb.

Son bir ildə ABŞ-də neft qazma qurğularının sayı 76 ədəd azalıb.