ABŞ-də kütləvi qətllər son 17 ildə ən yüksək həddə çatıb. Məlumata görə, belə hadisələr zamanı 2023-cü ilin yanvarından bu günə kimi ölkədə 140-dan çox insan həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Associated Press xəbər agentliyi, USA Today gündəlik qəzeti və Northeastern Universiteti birgə araşdırma aparıb.

Müvafiq olaraq, yanvarın 1-dən iyunun 30-dək ölkədə 28-dən çox kütləvi qətl hadisəsi baş verib.

Hücumların 99 faizində odlu silahdan istifadə edilib.

Məlumatların ABŞ-də silah və əhalinin artımı ilə paralel olduğu təxmin edilir.

Artıq ABŞ-də fərdi silahlanmanın qarşısını almaq üçün bəzi addımlar atılır.

Keçən il qüvvəyə minən qanun layihəsi ilə silah lisenziyası almaq üçün yaş həddi 18-dən 21-ə qaldırılıb.