ABŞ-da COVİD-19 pandemiyasına yoluxma və ölüm halları artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, ABŞ-da son 24 saatda 46 min 42 nəfər yeni növ koronavirusa yoluxub, 764 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Nəticədə, ölkədə ümumi ölənlərin sayı 130 min 123-ə, yoluxanların sayı isə 2 milyon 727 min 996-ya çatıb.
Dünyada yoluxma sayına görə isə ikinci sırada Braziliya dayanır. Həmin ölkədə son 24 saatda 37 min 997 nəfər koronavirusa yoluxub, 1271 nəfər isə dünyasını dəyişib. Braziliyada  ümumi yoluxanların sayı isə 1 milyon 408 min 485 nəfərdir. 59 min 656 nəfər də həmin xəstəlikdən vəfat edib.