Amerikada koronavirusa yoluxanların sayı yenidən artıb.

“Report” xəbər verir ki, ölkədə 1 010 356nəfərdə koronavirus testi müsbət nəticə verib. 

COVID-19-un yaratdığı xəstəlikdən ölənlərin sayı isə 56 797-yə çatıb. Ümumilikdə 138 990 xəstə sağalıb. Hazırda 14 186 nəfərin vəziyyəti ağır olaraq qalır.

ABŞ-da koronavirusla bağlı 5 696 928 test edilib.