ABŞ-da koronavirusa yoluxanların sayı 1107 nəfərə çatıb.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, virusa yoluxan 32 nəfər həyatını itirib.

Buna görə, ölkədə bir çox tədbirlər təxirə salınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.