ABŞ Azərbaycanda fəaliyyət göstərən "Lahic Energy" MMC və onun rəhbəri Cahangir Əliyevə sanksiya tətbiq edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Şirkət və rəhbəri ABŞ-nin Rusiyaya yeni sanksiyaları çərçivəsində siyahıya düşüb.
Qeyd edilir ki, bu şirkət əvvəllər Rusiyada fəaliyyət göstərib və ABŞ-nin sanksiya siyahısında adı olub.