ABŞ Maliyyə Nazirliyinin cümə axşamı dərc etdiyi yeni siyahılara əsasən, Birləşmiş Ştatlar Saxalin dəniz gəmiçiliyinin on dörd gəmisinə, o cümlədən yük və sərnişin gəmiləri, konteyner daşıyıcılarına qarşı sanksiyalar tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, sanksiyaya məruz qalan bütün gəmilər Rusiya bayrağı altında üzür.

Siyahıya Kunaşir, Paramuşir, Patria, Saxalin 10, Saxalin 9, Saxalin 8, Sasco Aldan, Sasco Angara, Sasco Aniva, Sasco Avacha, Selenga, Shantar, Simushir və Zeya gəmiləri daxildir.

ABŞ-li istənilən şəxslərin bu gəmilərlə işləməsi qadağan edilib.