"ABŞ gələn il 125 min qaçqını qəbul etməyi planlaşdırır. Bu, son 30 ildə ən yüksək səviyyədir".

İqtisadiyyat.az Dünya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat açıqlayıb.

Onun sözlərinə görə, "ABŞ Qaçqınların Qəbulu Proqramı"nın yenidən qurulması üçün işlər sürətlə davam edir: "Dünyada 110 milyon insan evini tərk etmək məcburiyyətində qalıb və bu rəqəm tarixdə ən yüksək göstəricidir. 1975-ci ildən bəri ABŞ-a isə 3,5 milyondan çox qaçqın gəlib".