Azərbaycan Mərkəzi Bankı 6 fiziki şəxsə sığorta agenti və 1 hüquqi şəxsə ("Sizin Sığorta Brokeri" MMC) sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

İqtisadiyyat.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar mayın 27-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.