2024-cü ilin əvvəlindən 65 mindən çox qeyri-qanuni mühacir miqrasiya qanunlarını pozduqlarına görə Rusiyadan çıxarılıb.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Bildirilir ki, idarənin həyata keçirdiyi tədbirlər əcnəbilər tərəfindən törədilən cinayətlərin sayını azaldıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 6 ayda bu göstərici 6,4 faiz azalıb.