Cənubi Koreyada 6 yaşlı “YouTube”çu Boram paytaxt Seulda 8 milyon dollarlıq 5 mərtəbəli villa satın alıb.

İki fərqli “YouTube” kanalında 30 milyondan çox izləyicisi olan qızcığaz ayda 3 milyon dollar qazanır. Boramın videolarından şikayətlər də az olmur. Belə ki, 2017-ci ildə videoların birində atasının pulqabından pul oğurlaması səbəbindən Boramdan “Uşaqları qoruyun” cəmiyyətinə şikayət olunmuş və həmin görüntülər silinmişdi.

Qeyd edək ki, “Forbes”ə görə ötən il ən çox pul qazanan “YouTube”çu 22 milyon dollarlıq qazancı ilə 7 yaşlı ABŞ vətəndaşı Rayan Kaji olmuşdu.(qafqazinfo)