Hindistanın Korba şəhərində polislər 5 il əvvəl itkin düşən teleaparıcı Salma Sultana Laşkarının skeletini aşkarlayıblar.

Bu barədə İqtisadiyyat.az "Indian Express"ə istinadən xəbər verir.

Jurnalistin skeleti magistral yolun altından tapılıb. Bildirilib ki, Laşkar 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimatçısının qurbanı olub.

Əlavə edək ki, yerli kanallardan birinin teleaparıcısı olan Salma Sultana Laşkarın 2018-ci ilin sonunda yoxa çıxıb.

 

Gözəl Həşimova