Adıyaman vilayətində rəngi, fiziki quruluşu və digər xüsusiyyətləri ilə qiyməti baha olan cins göyərçinlər, satış qiymətlərinə görə, maşın və ev qiymətləri ilə rəqabətə girir. İqtisadiyyat.Az-ın “Anadolu” xəbər agentliyinə istinadən məlumatına görə, kənddə quş saxlayan Erkan Türkoğlunun həyətində olan və quş həvəskarlarının marağına səbəb olan 100 min lirəlik(29 min 411 manat) göyərçin Kralın balası Möhürə indidən 150 min lirə(44 min117 manat) təklif edilib.

Türkoğlu verdiyi açıqlamada Adıyamanda çiy küftə bişirməklə və 30 ildir cins göyərçin bəsləməklə məşğul olduğunu deyib. Göyərçin sevgisinin başqa bir sevgi olduğunu bildirən Türkoğlu belə danışıb: “Göyərçin bəsləmək ən böyük hobbimdir. Türkiyədə və dünyada bu cins göyərçinləri çox insan saxlayır. Bu göyərçinlər artıq bizim övladımız olmuş. Onları izləyərkən bütün stresslərimiz keçir, sakitləşirik”.

“Möhürə 150 min lirə(44 min 117 manat) verdilər satmadım”

Türkoğlu, maşın qiymətində olan Möhürün, əvvəlkilərdən daha qiymətli olduğunu açıqlayıb. “Səudiyyə Ərəbistanında yaşayan bir dostum 150 min lirə(44 min 117 manat) təklif etdi, lakin hələ balaca olduğu üçün satmadım. Satmaq fikrim də yoxdur”.

Quş həvəskarı daha sonra bunları deyib: “Yeri gəlsə 100 min lirəyə( 29 min 411 manat) satmazsan, yeri gələr 10 min lirəyə( 2941 manat) satarsan. Bahalı avtomobillər mənim göyərçinlərimin yanında  mənasız nağıl kimidir. Sevən bir adamın göyərçinini avtomobil yaxud avtobusla dəyişə bilməzsiniz”.

Mehman Nəbiyev