Cari ilin yanvar-aprel aylarında ölkədə pendir və kəsmik istehsalı 17 020,8 ton təşkil edib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə istehsal 1,9% artıb.

Hesabat dövründə üzlü süd istehsalı 315,1 min ton, qaymaq və xama istehsalı 1 815,6 ton olub. Bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 2,8% və 14,6% artım müşahidə olunub.