Filippində 306 milyon dollarlıq "Ferrari"nin buldozerlə məhv edilməsi gündəm olub. Məhv edilən avtomobil ölkəyə parçalar halında, qaçaq yollarla gətirilib.

Bu səbəbdən ölkənin gömrük işçiləri avtomobili müsadirə edərək məhv edib. Avtomobilin məhv edilməsi Filippinin paytaxtı Manilada baş tutub.Məhv edilən lüks avtomobili ölkəyə "Camama Auto Hub" adlı avtomobil şirkəti parçalar halında gətirib.

Avtomobilin ilk öncə motoru, daha sonra digər parçaları ölkəyə qaçaq yollarla gətirilib. May ayında keçirilən əməliyyat zamanı avtomobil müsadirə olunub. Məhv edilən avtomobil təxminən 330 min manat dəyərində olub.(musavat)