Adanada 3 uşağı ilə birgə həyat yoldaşı tərəfindən tərk edilən bir qadın uşaqlarının qarnını doyurmaq üçün tarladan qırıntıları toplayır.

Təxminən 20 gün əvvəl məhsuldar Adana torpağında kartof yığımı başlayıb. Yüksək məhsul həm istehsalçını, həm də sahədə artıqları toplayan vətəndaşları sevindirib. İqtisadiyyat.Az türk mediasına istinadən məlumat verir ki, onlardan biri də, ərinin 3 övladı ilə tərk etdiyi Songül Ağquş olub. Ağquş, həyat yoldaşından ayrılandan sonra, həm gəlin köçüdüyü ailə, həm də öz ailəsi tərəfindən qəbul edilmədiyi üçün tarla-tarla gəzib sahədəki artıqları toplayır. Sahədə artıqları yığmağa uşaqlarını da gətirən Ağquş, ərinin başqa qadınla yaşadığına görə, evə bir tikə çörək belə apara bilmədiyini söyləyib. Tarlada kilosu 1manat 17 qəpiyə (4 lirə) satılan kartof artıqlarını toplayaraq çörək pulu çıxarmağa çalışan Ağquş, “Ərim məni tərk etdiyi üçün məcbur qalıb kartof artığı toplayıram. Mənə kimsə sahib çıxmadığı üçün və bazara gedib ala bilmədiyim üçün məcburən tarlalardan kartof qırıntısı toplayıram. Bir gün haqq yerini tapacaq. Allah cəzasın verəcək, başqa bir şey istəmirəm” deyib.