13 milyard ildən çox yaşı olan ən qədim qalaktika kəşf edilib. Bu, kainatın cəmi 700 milyon il yaşı olanda yaranıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq araşdırma “Nature” elmi jurnalında dərc olunub.

Böyük Britaniyanın Kembric Universitetinin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu indiyədək müşahidə edilən ən qədim qalaktikanı kəşf edib. Astronomlar "James Webb Space" teleskopundan istifadə edərək qalaktikanı kəşf ediblər.

Bu qalaktikada ulduzların əmələ gəlməsi prosesi çoxdan dayanıb. Astronomlar hesab edirlər ki, yeni ulduzların yaranması qaz yığınını təmizləyən müxtəlif amillər səbəbindən dayanıb.  Qalaktika Yerdən çox uzaq məsafədə yerləşir.

 

Gözəl Həşimova