Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu ilin I yarısındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bunlar “PAŞA Bank”, “Unibank”, “Rabitəbank”, “Bank of Baku”, “Azərbaycan Beynəlxalq Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank Avrasiya”, “Express Bank”, “Kapital Bank” və “Naxçıvan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (96,8%), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (3,3%) qeydə alınıb.renkinq