YouTube-un reklam satışlarından rüblük gəliri (2021-ci ilin I rübü, martın 31-də başa çatır) 6 milyarda çatıb. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 49% (öncəki il 4 milyard dollar olub-red.) olub.

Bu haqda ana şirkət Alphabet-in maliyyə hesabatında deyilib.

Ötən il isə performance formatından dolayı reklam satışları videohostinqə 19,8 milyard dollar (+31%) qazandırıb.

Bildirək ki, Alphabet-in I rübdə ümumi gəliri 34% artaraq 55,3 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti isə rekord səviyyəyə 17,9 milyard dollara çatıb. Əvvəlki illərdə olduğu kimi şirkətin gəlirinin böyük bir hissəsi, 44,7 milyard dollar Google-da reklamların yerləşdirilməsindən əldə edilib. Bu il göstəricilər 32% artım nümayiş etdirib. Bulut biznesi şirkətə 4 milyard dollar, qalan sahələr isə 6,5 milyard dollar qazandırıb. Qalan gəlir mənbələri isə Google Play, YouTube abunəliyindən gələn gəlirlər təşkil edir. Facemark