Almaniya mərkəzli avtomobil nəhəngi "Volkswagen" loqosunu dəyişir.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Frankfurt Avtomobil Sərgisində ilk ardıcıl istehsalı nəzərdə tutulan elektromobil modeli "ID.3"ü tanıdan şirkət yeni loqosunu da təqdim edib. Bununla da "ID.3" "Volkswagen"in yeni loqosu ilə buraxılan ilk avtomobil olacaq.

Qeyd edək ki, 1937-ci ildə ilk loqosunu tanıdan "Volkswagen" həmin vaxtdan bu yana 9 dəfə loqosunu dəyişib.1967-ci ilə qədər qara rəngdə olan loqo son 50 ildə mavi rəngdə istifadə olunub.

2520829_93c6a36aa4433732c7fe91dcfa96dbc9.jpg

 

Loqo dəyişikliyi ilə şirkət üçün yeni dönəmin başladığını vurğulayan "Volkswagen" üçölçülü loqo dizaynından ikiölçülü loqo dizaynına keçib. Dizayn baxımından bir digər fərq isə V və W hərflərinin içərisində yerləşdikləri çevrənin aşağı hissəsinə toxunmamalarıdır.

Loqonun ilk olaraq "ID.3" modelində istifadə olunması isə "Beetle" və "Golf"dan sonra bu modelin "Volkswagen"in ən önəmli modellərindən biri kimi qəbul olunması olub.

2520829_61a28e337181c1780acc9962f6dcc094.jpg