Bu gün Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Seçkilərdə 25 siyasi partiyanın 305 nümayəndəsi namizəd kimi qeydə alınıb. Namizədlərdən 371 nəfərin də siyasi partiya mənsubiyyəti olmasına baxmayaraq, partiyalar tərəfindən irəli sürülməyib.
Ümumilikdə 6 421 960 seçicinin səsə verməsi üçün 6478 seçki məntəqəsi (6343 daimi, 135-i müvəqqəti seçki məntəqəsi) fəaliyyət göstərəcək.
Parlament seçkiləri ilk dəfə Azərbaycanın azad olunmuş ərazilərində də keçiriləcək. Azad olunmuş ərazilərdə 34-ü daimi, 20-i müvəqqəti olmaqla, 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. 119 seçki dairəsinin əhatə edən 1000 məntəqədə veb-kamerala quraşdırılıb.
Parlament seçkilərini 112 749 nəfər yerli, 598 nəfər beynəlxalq müşahidəçi (51 qurumdan, 69 ölkənin vətəndaşları) izləyəcək.