Bu ilin yanvar-iyul aylarında Azərbaycana qəhvə idxalı 51,1 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 15,3 milyon dollar çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycana 44,3 milyon dollarlıq qəhvə idxal olunub.

 

Gözəl Həşimova