Qlobal təbii qaz istehlakının bu il 2023-cü ilə nisbətən 2,1% artaraq 4 trilyon 138 milyard kubmetrə çatacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqının (IGU) "Qlobal Təbii Qaz 2024" hesabatında deyilir.

Çində sənaye və mənzil sahəsinə tələbatın artmasının istehlakın artmasında əsas amil olacağı proqnozlaşdırılır. Ötən il qlobal qaz istehlakı 4 trilyon 51 milyard kubmetr olub.

İstehlakın Asiyada 43 milyard kubmetr, Yaxın Şərqdə 29 milyard kubmetr, Şimali Amerikada isə 8 milyard kubmetr artacağı gözlənilir.

Hasilatın ən böyük artımı Yaxın Şərqdə olacaq.

 

Gözəl Həşimova