Sentyabrın 1-nə təyib edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə günü gecə ilkin nəticələr elan ediləcək.
İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 2 gün müddətində məntəqələrdən səsvermə protokolları MSK-ya çatdırılacaq:
"Bu zaman artıq ilkin nəticələr rəsmi şəkildə elan ediləcək. 20 gün müddətində səsvermənin nəticələri ilə əlaqədar MSK-ya müraciət etmək olar və bu müraciətlərə baxılacaq. Daha sonra isə müraciətlər məhkəməyə göndəriləcək".