Logo

VI Xəzər Sammitinin keçiriləcəyi tarix açıqlanıb


VI Xəzər Sammiti iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək.

Daha əvvəl tədbirin 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, sonradan bu ilə keçirilmişdi.

Xatırladaq ki, V Xəzər Sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib. Zirvə görüşündə Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran prezidentləri iştirak ediblər.

Sammitin yekunlarına əsasən, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

2022-06-23 15:22:00 345
Teqlər: